"Real"ın müdafiəçisi Marselo klubunu dəyişmək qərarına gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü bu barədə rəhbərliklə görüşüb.

Komandanın uğursuz çıxışını və düşərgədə ab-havanın ürəkaçan olmamasını əsas gətirən sol cinah oyunçusu mövsümün sonunu gözləmək fikrində deyil. O, yaydan bəri transferində maraqlı olan "Yuventus"a yanvarda keçmək niyyətindədi. "Kral klubu"nun prezidenti Florentino Peres futbolçunun istəyinə qarşı olsa da, onu israrla komandada saxlamaq fikrində deyil.

Qeyd edək ki, Marselonun keçidində Kriştianu Ronaldonun vasitəçilik etdiyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest