"Real"ın futbolçusu Teo Ernandes komandaya qayıtmayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" cinah müdafiəçisini transferə çıxarıb.

Hazırda icarə əsasında "Real Sosyedad"ın formasını geyinən Ernandesin yayda İtaliyaya köçməsi gözlənilir. çünki "Napoli" 22 yaşlı futbolçunun xidmətində maraqlıdı. Madrid təmsilçisi fransalını 30 milyon avroya "Napoli"yə satmağa hazırdı.

Qeyd edək ki, "Real" Teo Ernandesi 2017-ci ildə 26 milyon avroya "Atletiko"dan transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest