çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Salou şəhərində təşkil olunmuş "ANOC World Beach Soccer Games" turnirində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Almaniya ilə qarşılaşıb.

Görüş futbolçularımızın 5:4 hesablı qələbəsi ilə nəticələnib. Sabir Allahquliyevin het-trik etdiyi oyunda Asif Zeynalov və Əbdül Əliyev hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk iki oyunda Ukraynaya (4:6) uduzub, Norveçə (3:2) isə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest