Topaz Premyer Liqasının VI turunun ən yaxşı futbolçusu bəlli olub. Matç.az saytı xəbər verir ki, "İnStat"ın təhlilinə əsasən bu ada "Qarabağ"ın futbolçusu Miçel yiyələnib.

İspaniyalı yarımmüdafiəçi "Sabah"a qarşı oyununa görə hamını qabaqlayıb. O, komandasının 2 cavabsız qolla qalib gəldiyi matçda bir məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, Miçel mövsümdə ilk dəfə turun oyunçusu seçilib. İspaniyalı 6 turda bunu bacaran 4-cü "Qarabağ"lıdı. Onadək komanda yoldaşlarından Filip Ozobiç, Simeon Slavçev, Abdullah Zubir də turun oyunçusu adına yiyələnib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest