Bu gün futzal üzrə Yüksək Liqanın II pley-off mərhələsinin oyunları keçiriləcək. İlk görüşdə qələbə qazanmış EKOL və "Neftçi" seriyada öndədilər. Bu komandalar bu gün də qələbə qazansalar, finalda iştirak edəcəklər.

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ikinci oyunları keçirilib. Matc.az saytının məlumatına görə, ilk mərhələdən fərqli olaraq bu dəfə günün ilk oyunu EKOL və "Araz" komandaları arasında baş tutub.

İkinci oyunda qələbə qazanan "Araz" seriyada hesabı bərabərləşdirib. Bu komandalardan hansının finala yüksələcəyi mayın 14-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşmadan sonra məlum olacaq.

İkinci oyunda da birinci matçda məğlub olmuş "XəzərCənub" qələbəyə sevinib.

 

Yüksək Liqa

Pley-off (ikinci oyunlar)

11 may

EKOL – "Araz" – 0:3 (0:2)

Qollar: M. Neyməti, 06:02, A. Mikaeli, 18:31, H. Seyidabolfaz, 37:58

Hakimlər: Mehman Mahmudov, Azər Əskərov, Kənan Məlikov

Bakı İdman Sarayı

İlk oyun: 6:4

Sarı vərəqələr: R. çovdarov, 19:50, F. Ələkbərov (fasilədə), İ. Babayev, 25:40 // A. Mikaeli (fasilədə), M. Neyməti, 37:28

Qırmızı vərəqə: R. çovdarov, 37:28

EKOL: 1. İntiqam Babayev (q), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov, 2. Radik Əhmədov, 5. Sərxan Məstiyev, 7. Ramiz çovdarov, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Faiq Əliyev

Məşqçi: Radik Əhmədov

"Araz": 12. Rövşən Hüseynli (q), 7. Ali Mikaeli, 10. Nihad İsmayılov, 13. Hosseyin Seyidabolfaz, 15. Mohammadtaha Neyməti, 1. Kamran Hacıyev (q), 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 14. Masoud Nasirzadegah, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə

Baş məşqçi: Joze Alesio Da Silva

 

"Xəzər Cənub" – "Neftçi" İK – 8:4 (5:3)

Qollar: F. Mazaheri, 03:43, 10:37, R. Qalapur, 09:40, A. Şocayi, 18:29, İ. Surqalı, 19:22, Ş. Şahnazi, 23:00, M. Pənahande, 26:30, Behzad Şebli, 36:56 // V. Borisov, 02:47, V. Şəfaye, 04:40, 19:57, V. Xocayev, 35:33

Bakı İdman Sarayı

Hakimlər: Rahin Heybətov, Ramil Namazov, Elmir Quluzadə

İlk oyun: 3:4

Sarı vərəqələr: H. Rezvan, 28:31 // V. Xocayev, 22:51, S. Şahnazi, 29:29, S. Yaqubi, 36:50

"Xəzər Cənub": 24. Hamid Raşidi (q), 9. Farid Mazaheri, 11. Şahab Şahnazi, 13. Amir Şocayi, 20. İsaq Surqalı, 33. Reza Təbrizi (q), 7. Hadi Rezvan, 10. Mehdi Pənahande (k), 12. Raşid Qalapur, 78. Behzad Şebli, 99. İlkin Mirzəyev, 1. Əli Xadimheydari (q)

Menecer: Tuğsal Eliz

"Neftçi" İK: 23. Elnur Zamanov (q, k), 5. Vahid Şəfaye, 6. Məhəmməd Katebi, 10. Oruc Baxşəlizadə, 14. Vitali Borisov, 1. Seyidəhməd Yaqubi (q), 3. Salar Şahnazi, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Tural İsmayılov

Baş məşqçi: Hacıbala Abdullazadə

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest