"Fulhem"in yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Premyer Liqa klubu fevralda müvəqqəti olaraq baş məşqçi təyin etdiyi Skott Parkeri postunda saxlamağa qərar verib.

Klub rəsmi saytı vasitəsilə 38 yaşlı mütəxəssislə 2 illik müqaviləyə imzalandığını bəyan edib. Parker fevralda Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra "Fulhem"ə müvəqqəti baş məşqçi təyin edilmişdi. O, futbolçu karyerası dönəmində bu komandanın kapitanı da olub.

Parkerin rəhbərliyi altında komanda 9 oyuna çıxıb, cəmi 3 qələbə qazanıb. Premyer Liqada sona bir tur qalmış 26 xalla 19-cu pillədə qərarlaşan "Fulhem"in elitanı tərk etməsi dəqiqləşib və bu komanda yeni mövsümdə çempionşipdə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest