UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsi bəlli olub.

Səsverməyə qatılan tərəfdarların böyük çoxluğu “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanqı ən yaxşı hesab edib.

O, qiyabi mübarizədə komanda yoldaşı Aleksandr Lakazett, “Çelsi”nin üzvləri Ruben Loftus-Çik və Kepa Arrizabalaqanı qabaqlayıb.

Qeyd edək ki, Obameyanq “Ayntraxt”a 4:2 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest