PSJ-nin hücumçusu Neymarın cəzası açıqlanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa Futbol Federasiyası braziliyalıya 3 oyunluq cəza kəsib.

Buna səbəb ulduz futbolçunun Fransa kubokunun "Renn"lə final oyunundan sonra azarkeşi vurması olub. Həmin qarşılaşmada PSJ rəqibinə məğlub olmuşdu.

Qeyd edək ki, Neymar "Mançester Yunayted"lə çempionlar Liqası oyunundan sonra hakimi təhqir etdiyi üçün UEFA tərəfindən də 3 oyunluq cəzalandırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest