"Qarabağ" kapitanı Rəşad Sadıqova yeni müqavilə təklif edib. Bu barədə matc.az saytına açıqlamasında Ağdam klubunun direktoru Əmrah çəlikəl məlumat verib.

O bildirib ki, klub rəhbərliyi 37 yaşlı müdafiəçinin karyerasını davam etdirməsini istəyir. Bu səbəbdən millimizin sabiq kapitanı ilə danışıqlar aparılır: "Rəşad komandamızın lideri, kapitanıdı. Biz onun oynamağının tərəfdarıyıq. Bununla bağlı danışıqlarımız davam edir, mütəmadi təmasda oluruq. Amma Rəşad özü ilk növbədə oyunlara köklənib. İnşallah, "Neftçi" ilə oyundan sonra bu barədə məlumat verəcəyik".

çəlikəl yarımmüdafiəçilər Qara Qarayev və Miçellə yeni 2 illik müqaviləni razılaşdırdıqlarını, həmçinin digərləri ilə görüşlər olduğunu da vurğulayıb: "Bununla bağlı iş gedir, futbolçularla danışıqlar aparılır. "Neftçi" ilə matçdan sonra bu məsələdə də yekun qərarlar açıqlanacaq".

Qeyd edək ki, Rəşad Sadıqov bir müddət əvvəl mövsümün sonunda karyerasını bitirəcəyini istisna etməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest