Polşa çempionu "Legiya" futzal komandasını yaradıb. Bunu klubun idarə heyətinin üzvü Yaroslav Yankovski deyib. O bildirib ki, "WIN WIN" layihəsi çərçivəsində yeni yaradılan komandanın qurulması üçün mütəxəssislər cəlb olunub.

Polşa çempionu "Legiya" futzal komandasını yaradıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu klubun idarə heyətinin üzvü Yaroslav Yankovski deyib.

O bildirib ki, "WIN WIN" layihəsi çərçivəsində yeni yaradılan komandanın qurulması üçün mütəxəssislər cəlb olunub. Onlar müxtəlif yerlərdə yeniyetmələr arasında turnirlər təşkil edəcək və seçilənlər kluba cəlb olunacaq. Skautların tərkibində peşəkar futzalçılar, ölkə çempionu olmuş şəxslər də yer alıb.

İtaliya bölgəsi ilə əməkdaşlığın bir hissəsi olaraq həmin bölmənin oyunları OSiR zalında keçiriləcək. Bölmənin səfiri isə "Legiya" tarixinin ən yaxşı futbolçusu sayılan və hazırda "Qarabağ"ın formasını geyinən Yakub Jezniçak təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest