FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Matc.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Bolonya" (İtaliya) – "Monako" (Fransa) oyununun baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Qeyd edək ki, Noyabrın 5-də Bolonya şəhərində yerləşən "Renato Dall-Ara" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest