"Barselona"nın hücumçusu Luis Suares mövsümü başa vurub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, uruqvaylı forvard əməliyyat olunub.

Bildirilir ki, Suarez sağ diz meniskindən əməliyyat keçirib. Futbolçunun yaşıl meydanlara qayıdış tarixi sağalma prossesindən asılı olacaq. Uruqvay millisinin üzvünün iyunun 14-də start götürəcək Amerika Kuboku-2019-a yetişməsi də sual altındadı.

Qeyd edək ki, Luis Suares bu mövsüm meydana çıxdığı 29 oyunda 25 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest