16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız Belarusla qarşılaşıb.

Oyun komandamızın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Yığmamızın heyətində Nisrine Zerioul fərqlənib.

Qeyd edək ki, U-16 ilk oyununda Farer adaları üzərində qələbə qazanıb - 2:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest