"Liverpul"un baş məşqçisi Yurgen Klopp yeni müqaviləyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik komandanı çempionlar Liqasında finala daşıyan almaniyalı mütəxəssisi bu yolla mükafatlandırmaq istəyir.

Klopp "qırmızılar"la yeni 5 illik sözləşməyə qol çəkəcək. İllik məvacibi 8,5 milyon funt-sterlinq təşkil edəcək çalışdırıcı əlavə bonuslar da alacaq. 51 yaşlı mütəxəssisin hazırkı məvacibi 7 milyon funtdu.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest