Topaz Premyer Liqasının XXVI turunda "Qəbələ" ilə oyunda (2:1) dizindən zədələnən "Səbail"in qapıçısı Aleksandr Rıbka əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə ukraynalı qolkiper özü instaqram səhifəsi vasitəsilə məlumat yayıb.

Ankarada baş tutan əməliyyatdan sonra Rıbka fotosunu paylaşıb. Artıq evə buraxıldığını yazan qapıçı göstərilən qayğıdan razılıq bildirib və hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Aleksandr Rıbka bir neçə gün əvvəl "Səbail"lə yeni 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest