"Atletik"in yarımmüdafiəçisi Markel Susaeta doğma komandasından ayrılır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu 32 yaşlı vinger özü bildirib.

O, karyerası ərzində indiyə qədər formasını geyindiyi yeganə klub olan bilbaolularla vidalaşacağını söyləyib: "Növbəti mövsüm harda olacağımı bilmirəm, amma futbol oynayacam. Həmişə karyeramı "Atletik"də başa vurmağı arzulamışam. Amma müəyyən şərtlər bunu qeyri-mümkünə çevirdi. Azarkeşlərə və məşqçilərimə təşəkkür edirəm".

Qeyd edək ki, "Atletik"in yetirməsi olan Markel Susaeta 1997-ci ildən bu komandanın heyətində çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest