"Ayaks"ın müdafiəçisi Deyli Blind çempionlar Liqasının yarımfinal mərhələsində "Tottenhem"lə qarşılaşmada start heyətində meydana çıxıb. Matc.az saytının məlumatına görə, bu, hollandiyalının turnirdə 26-cı oyunu olub.

Komandasının məğlubiyyətinin (2:3) şahidi olan 29 yaşlı futbolçu bununla atası Danni Blində çatıb. Ata Blind də "Ayaks"ın heyətində çL-də 26 qarşılaşmada iştirak edib. 1986-1999-cu illərdə Amsterdam klubunun şərəfini qoruyan böyük Blind 1995-ci ildə turnirin qalibi olub.

Deyli isə 2008-2014-cü illərdə Hollandiya komandasında oynayıb və 2018-ci ildə yenidən qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest