Fransa çempionu PSJ ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, komandanın kapitanı Tiaqo Silva uzun müddətə sıradan çıxıb.

Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, dizindən əməliyyat olunan futbolçu cari mövsümdə bir daha meydana çıxa bilməyəcək. Onun iyunun 13-dən iyulun 7-dək keçiriləcək Amerika Kubokunu da buraxacağı ehtimal olunur.

Qeyd edək ki, 33 yaşlı braziliyalı futbolçu cari mövsümdə PSJ ilə bütün turnirlər çərçivəsində 39 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest