İtaliya A seriyasının IX turunda "Milan" üzərində (1:0) qələbə qazanan "İnter" bir aparıcı futbolçusunu itirib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Raca Nainqqolan sıradan çıxıb.

Qarşılaşmanın 30-cu dəqiqəsində topuğundan xəsarət alaraq əvəzlənən Belçika millisinin üzvü bu gün tibbi testdən keçəcək və yalnız bundan sonra durumuna aydınlıq gələcək. Lakin həkimlər onun çempionar Liqasının qrup mərhələsində "Barselona" ilə qarşıdakı matçı buraxacağını açıqlayıb.

Qeyd edək ki, "Barselona" – "İnter" oyunu oktyabrın 24-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest