"Milan"ın futbolçusu Lukas Paketa ağır cəza ilə üzləşib. Matc.az saytının məlumatına görə, braziliyalı futbolçu "Bolonya" ilə oyunda hakimi vurduğu üçün diskvalifikasiya edilib.

Sözügedən matçda sarı vərəqə aldıqdan sonra hakimə zərbə endirən yarımmüdafiəçi 3 oyunda, yəni mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

Bununla da o, "Fiorentina", "Frozinone" və SPAL-la görüşlərdə çıxış edə bilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest