Portuqaliya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Eştoril" mübarizəni erkən dayandırıb.

Əvvəlki mərhələdə "Vasko da Qama"nı üstələyən "Eştoril" bu dəfə öz meydanında "Tondela" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə nəticələnib və qalib penaltilər seriyası ilə müəyyənləşib. Burda isə daha dəqiq oynayan "Tondela" (4:3) yoluna davam edib.

79-cu dəqiqədə Aylton Boa Morteni əvəzləyən Dadaşov komandasına kömək edə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest