çexiyanın Gənclər Liqasında əsas mərhələnin VI turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" növbəti oyununa çıxıb.

Praqa təmsilçisi doğma meydanda "Trineç"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 7:1. Meydana çıxdığı 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu görüşün iştirakçısı olmayıb.

"Slaviya"nın U-21 komandası hazırda 13 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest