"Mançester Siti"nin futbolçuları yüksək məbləğdə mükafat ala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunun üçün komanda mövsümü 3 kubokla tamamlamalıdı.

Belə ki, rəhbərlik Premyer Liqa, İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunu qazanacağı təqdirdə, futbolçular ümumilikdə 15 milyon funt-sterlinq mükafat əldə edəcəklər. "Şəhərlilər" artıq İngiltərə Liqa Kubokunu muzeyinə aparmağı bacarıb.

Qeyd edək ki, İngiltərə Kubokunda finalda olan "Mançester Siti" Premyer Liqaya da başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest