çempionlar Liqasında yarımfinal mərhələsinin "Ayaks" - "Tottenhem" oyununun təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA Amsterdamdakı qarşılaşmaya Almaniyadan olan hakimlər briqadasını göndərəcək.

Mayın 8-də baş tutacaq görüşdə Feliks Brix ədalət təmsilçisi olacaq. Ona Mark Borş və Stefan Lupp kömək edəcək. Oyunun 4-cü hakimi funksiyasını Dəniz Aytəkin yerinə yetirəcək. Bu komandalar arasında Londonda keçirilən ilk oyunda "Ayaks" 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Liverpul"la "Barselona" arasında keçiriləcək digər yarımfinal matçı isə türkiyəli Cüneyt çakıra tapşırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest