“Mançester Siti” bir aparıcı futbolçusunu itirib. Matc.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bruyne sıradan çıxıb.

Belçikalı ulduz futbolçu Çempionlar Liqasının I turunda “İnter”lə keçirilən oyunda (0:0) zədələnib. Start heyətində meydana çıxan De Bruyne birinci hissədə xəsarət alıb və fasilədən sonra meydana daxil olmayıb. Onun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu Premyer Liqanın V turu çərçivəsində sentyabrın 22-də “Arsenal”la qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest