Yunanıstan Superliqasında 2018-19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, çempion PAOK mövsümü məğlub olmadan tamamlayıb.

Bu isə Yunanıstan futbolu tarixində ikinci belə hadisə olub. PAOK baş tutan 30 turda 26 qələbə, 4 heç-heçə ilə yadda qalıb. Bu, eyni zamanda milli rekorddu. Buna qədər yalnız "Panatinaikos" mövsümü uduzmadan bitirməyi bacarmışdı. Komanda 1963-64 mövsümündə 24 qələbə, 6 heç-heçə ilə yadda qalmışdı.

PAOK eyni zamanda 3-cü çempionluğuna qovuşub. Razvan Luçeskunun çalışdırdığı komanda 1975-76 və 1984-85 mövsümünü də zirvədə tamamlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest