“Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldız Çempionlar Liqasının Liqa mərhələsində PSV ilə keçirilən oyunda ilk qolun müəllifi olub. Matc.az xəbər verir ki, Türkiyə millisinin üzvü qolu qeyd edərkən əllərini yana açaraq dilini çıxarıb və Turin klubunun əfsanəsi Alessandro Del Pyeronun qol sevincini təkrarlayıb.

Yıldız bu matçda həm də Del Pyeroya məxsus rekordu qırıb. O, Çempionlar Liqası tarixində “Yuve”nin ən gənc qolçusu olub. Alessandro Dortmund “Borussiya”sını məyus edəndə 20 yaş 308 günlük olub. Kenan isə 19 yaş 136 günlüyündə qol sevinci yaşayıb.

Qeyd edək ki, “Yuventus” PSV üzərində 3:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest