Türkiyə I liqasında XXXII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Giresunspor" doğma azarkeşləri önünə çıxıb.

Giresun təmsilçisi Superliqaya vəsiqəni hədəfləyən "Adana Dəmirspor"u qəbul edib. Mehmet Taşın 12-ci dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub və "Giresunspor" 1:0 hesablı qələbə qazanıb. Start heyətində meydana daxil olan Kökçü isə 66-cı dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində xallarının sayını 33-ə yüksəldən "Giresunspor" 15-ci pillədəki mövqeyini möhkəmlədib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest