11 Sentyabr 2024, 11:49
FUTBOL
Fransa millisinin baş məşqçisi Didye Deşam Millətlər Liqasında Belçika üzərində qələbədən (2:0) sonra hücumçu Kilian Mbappe haqda danışıb. Matc.az xəbər verir ki, çalışdırıcı ulduz futbolçunun hələ tam hazır olmadığını etiraf edib.
O, Mbappenin özünə qarşı tələbkar olduğunu söyləyib: “Mbappenin performansı narahatlıq doğurmur. Kilian özünü yaxşı hiss edir. Açığı, digər oyunçular kimi, o da hələ 100 faiz hazır deyil. Cərimə meydanına yaxınlaşanda özünə qarşı tələbkar olur, qol vurmaq istəyir. Fransa yığması Mbappe ilə həmişə daha güclü olacaq. Klubunda çox yüksək standartlar var. Yığmada oynamayanda da kapitan rolunu tamamilə öz üzərinə götürür”.
Qeyd edək ki, Kilian Mbappe yay fasiləsində PSJ-dən “Real”a keçib.