“Bavariya” yarımmüdafiəçi Camal Musiala ilə müqaviləni yeniləmək istəyir. Matc.az xəbər verir ki, bunu Münhen klubunun prezidenti Herbert Hayner açıqlayıb.

O, danışıqların gedişi barədə məlumat verib: “Onun mümkün qədər uzun müddət bizimlə qalmasını istəyirik. Musiala növbəti Tomas Müller ola bilər. Növbəti 20 ili komandamızda keçirə bilər”.

Qeyd edək ki, 21 yaşlı Musialanın hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi. Gənc oyunçu Almaniya nəhənginin heyətində 166 oyunda 44 qol vurub, 31 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest