Xorvatiyanın Split şəhərində keçirilən "Dalmatinko Cup"da iştirak edən "Sabah"ın U-12 komandası turnir çərçivəsində daha 2 oyun keçirib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Samir Əbdürəhmanovun yetirmələri əvvəlcə Xorvatiyanın "Primorats-2" komandası ilə qarşılaşıb.

Görüş təmsilçimizin minimal hesablı (1:0) qələbəsilə nəticələnib. Matçda yeganə qola Amur Yusifov imza atıb. "Sabah" daha sonra Polşa "Qurnik Zabrje"si ilə qolsuz bərabərə qalıb (0:0). Bakılılar bu nəticələrdən sonra qrup mərhələsini lider kimi başa vurub.

Qeyd edək ki, "Sabah" qrupda əvvəlki oyunlarında "Hayduk"a (1:0) və "İmotski"yə (2:0) qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest