"Səbail"in yarımmüdafiəçisi Emil Martinov Topaz Premyer Liqasının XXVII turunda "Qarabağ"la qarşılaşacaqları oyun barədə fikirlərini bildirib. Matc.az xəbər verir ki, bolqarıstanlı futbolçu klubun rəsmi saytına açıqlamasında liderlə görüşə hazır olacaqlarını söyləyib.

28 yaşlı oyunçu zədəli qapıçı Aleksandr Rıbkanın yoxluğunda Elxan Əhmədovun onu layiqincə əvəzləyəcəyinə inandıqlarını vurğulayıb: "Rıbkanın zədələnməsi komandamız üçün böyük bir itkidi, ancaq hamımız Elxan Əhmədova inanırıq. O, bacarıqlı, sakit və özünə inamlıdı. "Qarabağ"la oyuna hazır olacağıq".

Qeyd edək ki, "Qarabağ" – "Səbail" matçı mayın 5-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest