çempionlar Liqasında həftənin oyunçusunun adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, yarımfinal mərhələsində baş tutan ilk oyunlardan sonra azarkeşlər arasında aparılan araşdırmanın nəticəsi müəyyənləşib.

Ən çox səs toplayan "Barselona"nın kapitanı Lionel Messi növbəti dəfə həftənin futbolçusu adına layiq görülüb. O, "Liverpul"la qarşılaşmada dubl edərək, buna nail olub.

Messi digər namizədlər Luis Suares ("Barselona"), Frenki de Yonq və Dinni van de Beki (hər ikisi "Ayaks") qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest