"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanın yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib. Matc.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, ulduz futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Belə ki, Almaniya millisinin üzvü icazəli olduğu gün Münhendə kameralara tuş gəlib. "İnter" və "Bavariya"nın maraq dairəsində olan 28 yaşlı orta sahə oyunçusunun ikincilərlə danışıq aparmaq üçün Münhenə yollandığı iddiası ortaya atılıb. Gündoğanın səfər zamanı "Bavariya" rəsmiləri ilə görüşdüyü də vurğulanıb.

Qeyd edək ki, "Mançester Siti" ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan İlkay Gündoğanın mövsümün sonunda komandanı tərk edəcəyi dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest