çempionlar Liqasında yarımfinalın ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. Matc.az saytının məlumatına görə, qitənin ali futbol qurumu nəticələri rəsmən elan edib.
Rəmzi "11-lik"də sadəcə qalib komandaların oyunçuları yer alıb. Belə ki, "Barselona"dan 7, "Ayaks"dan isə 4 futbolçu siyahıya düşməyi "bacarıb".
Qapıçı: Mark-Andre ter Ştegen ("Barselona")
Müdafiəçilər: Seri Roberto, Jerar Pike, Jordi Alba (hamısı "Barselona"), Matteys de Liqt, Deyli Blind (hər ikisi "Ayaks")
Yarımmüdafiəçilər: Hakim Ziyeç, Donni van de Bek (hər ikisi "Ayaks"), Filipp Koutinyo ("Barselona")
Hücumçular: Luis Suarez, Lionel Messi (hər ikisi "Barselona")