"Liverpul"un yarımmüdafiəçisi Nabi Keytanın durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə ilk oyunda zədələnib.

Bu gün tibbi müayinədən keçən 24 yaşlı orta sahə oyunçusunun zədəsinin ciddi olduğu aşkarlanıb. Həkimlər onun mövsümü başa vurduğunu açıqlayıb. Bu isə o deməkdi ki, Keyta "Barselona" ilə cavab görüşü ilə yanaşı, Premyer Liqanın son iki oyununda da meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Barselona" ilə "Liverpul" arasında keçirilən ilk oyunda ispanlar 3:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab qarşılaşması mayın 7-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest