İspaniyanın “Real” və İtaliyanın “Atalanta” komandalarının qarşılaşdığı UEFA Superkuboku uğrunda görüş başa çatıb.

İspaniyanın “Real” və İtaliyanın “Atalanta” komandalarının qarşılaşdığı UEFA Super Kuboku uğrunda görüş başa çatıb.

Matc.az xəbər verir ki, oyun Varşavada (Polşa) “National Stadium”da stadionunda baş tutub.

Qarşılaşmanı isveçrəli Sandro Şererin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real” rəqibinə 2:0 hesabı ilə qalib gələrək tarixində altıncı dəfə kuboka sahib çıxıb.

Görüşün 59-cu dəqiqəsində Madrid təmsilçisinin yarımmüdafiəçisi Federiko Valverde Vinisius Juniorun ötürməsi ilə hesabı açıb. Matçın 68-ci dəqiqəsində isə hücumçu Kilian Mbappe fərqlənib. Ona Jude Bellinqem dəqiq ötürmə edib. “Real”da ilk qolunu vuran Mbappeni 83-cü dəqiqədə Brahim Dias əvəzləyib.

Qeyd edək ki, bu komandalar 2021-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gəlib. Hər iki görüşdə “Real” qalib gəlib (1:0 və 3:1).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest