"Liverpul"la "Barselona" arasında çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək cavab görüşünün hakimi müəyyənləşib. Matc.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu ölkənin nümayəndəsi Cüneyt çakır prinsipial qarşılaşmada iş başında olacaq.

Belə ki, mayın 7-də "Enfild Roud"da baş tutacaq oyunda ədaləti onun rəhbərlik etdiyi briqada qoruyacaq. Bu, çakırın cari mövsüm çL-də 8-ci oyunu olacaq. O, sonuncu dəfə 1/4 final mərhələsində "Mançester Siti" - "Tottenhem" (4:3) görüşünü idarə edib.

Qeyd edək ki, "Barselona" ilə "Liverpul" arasında "Nou Kamp"da keçirilən ilk oyunda ev sahibləri 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest