KONKAKAF çempionlar Liqasının qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, kubok Meksika klubuna qismət olub.

Belə ki, finalda bu ölkənin iki təmsilçisi - "Monterrey"lə "Tiqres" üz-üzə gəlib. İlk oyunda səfərdə 1:0 hesablı qələbə qazanan birincilər doğma arenasında qollu bərabərliyə (1:1) imza atıb və turnirin qalibi olub.

Bununla "Monterrey" 2011, 2012 və 2013-cü ildən sonra tarixində 4-cü dəfə çempionlar Liqasını qazanıb. Meksika klubu eyni zamanda Klublararası Dünya çempionatında iştirak hüququ əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest