10 Avqust 2024, 19:26
FUTBOL
Çilili ulduz hücumçu Aleksis Sançes İtaliyanın “Udineze” klubuna qayıdıb.
Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Sançesin karyerasında, 2006-cı ildə gəldiyi ilk Avropa klubu “Udineze” olub. Çilinin “Kolo-Kolo” və Argentinanın “River Pleyt” klublarına icarəyə veriləndən sonra “Udineze”nin əsas heyətində möhkələnib və ordan da 2011-ci ildə “Barselona”ya keçib.
Qeyd edək ki, Sançes “Arsenal”, “Mançester Yunayted” və “Olimpik” kimi klubların formasını geyinib.