10 Avqust 2024, 01:11
FUTBOL
Türkiyə Superliqasında yeni mövsümə start verilib.
Matc.az xəbər verir ki, I turda cəmi bir qarşılaşma baş tutub.
Mövsümün açılış oyununda son çempion “Qalatasaray” dogma meydanda “Hatayspor”la üz-üzə gəlib.
Birinci hissədə qapılara qol vurulmayıb. Hesabı 52-ci dəqiqədə qonaqlar açıb. 80-ci dəqiqədə Mauro İkardi penaltidən hesabı bərabərləşdirib. Görüşün 90-cı dəqiqəsində “sarı-qırmızılar”ın hücumçusu Mişi Batşuayinin vurduğu qol “Qalatasaray”a qələbə qazandırıb.
Qeyd edək ki, I turda avqustun 12-də yekun vurulacaq.