33 yaşlı qapıçı David De Xea “Fiorentina” ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub ispaniyalı futbolçunun tibbi müayinədən keçərkən şəklini də paylaşıb.

Daha əvvəl mətbuatda De Xeanın daha bir mövsüm uzatma maddəsi ilə 1 illik müqavilə imzalayacağı barədə məlumatlar yayılmışdı. O, illik 3 milyon avro maaş alacaq.

Qeyd edək ki, De Xea 2023-cü ilin iyulunda “Mançester Yunayted”lə müqaviləsi başa çatdığından klubsuz qalmışdı.

“Qırmızı şeytanlar”ın heyətində ispaniyalı qolkiper bütün turnirlərdə 545 oyun keçirib, bunun 190-da qapısını toxunulmaz saxlayıb. Bu görüşlərdə De Xea 590 qol buraxıb. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest