“Atletik”in və İspaniya millisinin vingeri Niko Uilyams hələ də yekun qərarını verməyib. Matc.az xəbər verir ki, Avropa çempionu “Barselona” və PSJ-nin əsas transfer hədəfidi.

Lakin hadisələrin gedişi 22 yaşlı ön xətt oyunçusunun Bilbao komandasında qalacağından xəbər verir. “Barselona” hələ də Uilyamsın təklifə cavabını gözləyir. Lakin “Atletik” rəhbərliyi onun qalacağına əmindi. Bu üzdən PSJ-nin təklifini rədd edib. Futbolçu avqustun 12-də komandanın təlim-məşq toplanışına qatılmalıdı.

Qeyd edək ki, Niko Uilyamsın “Atletik”lə müqavilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest