Azərbaycan kubokunda ilk finalçının adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" qarşılaşmasından sonra ikincilər mübarizəni davam etdirib.

öz meydanında 1:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar" cavab görüşündəki məğlubiyyətə (1:2) baxmayaraq, səfər qolu sayəsində adını finala yazdırıb. Bununla bölgə təmsilçisi ardıcıl finalda oynamaq seriyasını davam etdirib. Komanda ötən iki mövsümdə olduğu kimi, yenə həlledici oyunda iştirak hüququ əldə edib.

"Qəbələ" bununla ümumilikdə 4-cü dəfə yarımfinal səddini uğurla aşıb. "Qırmızı-qaralar" son 3 mövsümlə yanaşı, 2013-14 mövsümündə də bunu bacarmışdı. Lakin komanda indiyə qədər heç vaxt kuboku başı üzərinə qaldırmayıb.

ümumilikdə 6-cı yarımfinalında mübarizə aparan "Qəbələ" bunun ikisində - 2008-09 və 2015-16 mövsümündə finalın bir addımlığında "ilişib".

Qeyd edək ki, "Qəbələ"nin finaldakı rəqibi bu gün keçiriləcək "Zirə" - "Sumqayıt" matçının qalibi olacaq. İlk görüşdə qolsuz bərabərlik qeydə alınıb. Həlledici qarşılaşma isə mayın 19-da baş tutacaq.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest