“Qalatasaray” “Norviç Siti”nin yarımmüdafiəçisi Qabriel Davi Qomes Saranın transferinin rəsmiləşdiyini açıqladı.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, 18 milyon avroluq transfer haqqı oyunçunun keçmiş klubuna 3 mövsümə bölünmüş 9 bərabər hissədə ödəniləcək.

Futbolçu ilə 2024-2025-ci il mövsümündən başlayaraq 5 illik müqavilə bağlanıb. Saraya hər mövsüm üçün 2 milyon 750 min avro xalis qonorar ödəniləcək.

Qeyd edək ki, Qabreil Sara ötən mövsüm “Norviç Siti”nin heyətində 53 rəsmi oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest