"Neftçi" Topaz Premyer Liqasının XXVII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə növbəti məşqə çıxıb.

Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah da bir məşqlə davam etməsi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 5-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Neftçi" oyunu saat 18:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest