"Maynz"ın qapıçısı Rene Adler karyerasını bitirmək qərarına gəlib. Matc.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bunu 34 yaşlı qolkiper özü bildirib.

Adler buna səbəb kimi dizindəki zədəni göstərib. O, bu üzdən cari mövsüm bir matçda belə, meydana çıxa bilməyib. Adler axırıncı dəfə ötən ilin aprelində iştirak edib. Sabiq "Bayer"li karyerasını davam etdirmək arzusunda olsa da, zədə ucbatından belə qərara gəldiyini vurğulayıb.

Qeyd edək ki, Rene Adler 2008-2013-cü illərdə Almaniya yığmasına çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest