Biabırçı mövsüm keçirən "Fənərbaxça" yayda köklü islahatlara əl atacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "sarı-lacivərdlilər" mövsümün sonunda əksər oyunçularını yola salacaq.

Baş məşqçi Ərsun Yanal hələlik cəmi 5 futbolçunun komandada saxlanılmasına qərar verib. Onlardan 4-ü yerli, 1-i əcnəbidi. Belə ki, hazırda yalnız qapıçı Harun Təkin, müdafiəçilər Sərdar Aziz, Hasan Ali Kaldırım, həmçinin yarımmüdafiəçilər Mehmet Topal və Nabil Dirarın komandada qalacağı dəqiqdi.

Komanda çox sayda transfer həyata keçirsə, digər futbolçularla yollarını ayıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest