çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda öz meydanında "Ayaks"a məğlub olan "Tottenhem" daha bir itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, müdafiəçi Yan Vertongen sıradan çıxıb.

Belçika millisinin üzvü qarşılaşmanın ilk hissəsində burnundan ciddi xəsarət alaraq əvəzlənib. Qanaxması güclə dayandırılan təcrübəli oyunçu mübarizəni davam etdirə bilməyib. Vertongen bu gün tibbi müayinədən keçəcək. Onun cavab görüşünə hazır olub-olmayacağını məhz müayinənin nəticəsi müəyyən edəcək. Bu komandalar arasında cavab oyunu mayın 8-də keçiriləcək.

Qeyd edək ki, "Tottenhem"in hücumçusu Harri Keyn zədə ucbatından mövsümü başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest