çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda "Tottenhem" öz meydanında "Ayaks"a 0:1 hesabı ilə məğlub olub. Matc.az saytının məlumatına görə, bu, Amsterdam klubu bununla 23 ildən sonra ilk dəfə pley-offda səfərdə quru hesabla qalib gəlib.

Hollandlar axırıncı dəfə 1996-cı ildə "Panatinaikos"a Yunanıstanda 3:0 hesabı ilə qalib gəlib. "Ayaks" eyni zamanda tarixi ərzində pley-offlarda səfərdə keçirdiyi ilk oyunda qalib gəldiyi 28 görüşün 26-da növbəti mərhələyə adlayıb.

Erik ten Haqın yetirmələri həmçinin ardıcıl 3-cü səfər matçından qalibiyyətlə dönüb. 1/8 finalda "Real" (1:4), 1/4 finalda isə "Yuventus" (1:2) doğma arenasında amsterdamlılarla bacarmayıb. "Ayaks" çL-in bir mövsümündə pley-off mərhələsinin hər üç səfər görüşündə bunu bacaran 3-cü komanda olub. Bu göstəriciyə 2012-13 mövsümündə "Bavariya", 2017-18 mövsümündə isə "Real" nail olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest